Şriftin ölçüsü :

Saytın rəngi :

Ömürdən pay verərlər – Vətəndən pay olmaz

22 sentyabr 2020 | 11:00

   Azərbaycan və Ermənistan arasındakı münaqişələr 30 ildən çoxdur ki, hələ də davam edir.Tərəflərarası qarşıdurmalar 20 fevral 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində başlamışdır.Haqlı olaraq Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizəsini davam etdirir. 20% torpaqlarımız – Ermənistanın işğalı altındadır.Hal-hazırda Ermənistan bu ərazilərdə qeri-qanuni məskunlaşma siyasəti həyata keçirir.Ermənistanın baş nazirinin dediyinin əksi olaraq Dağlıq Qarabağ Azərbaycanındır və bütün dünya bunu belə tanıyır. Buna baxmayaraq Ermənistana başqa ölkələrdən Rusiya və Serbiyadan silah göndərilməsi Azərbaycanın narahatçılığına səbəb olmuşdur.
  İşğalçı Ermənistanın ölkəmizə təxribatı səngimir. Xocalı soyqırımı, aprel döyüşləri , iyul hadisələri erməni təxribatına sübutdur .Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır.Deməli bu sözlər – “Biz iki dövlət –bir millətik” əbəs yerə deyilməmişdir. Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin sayı ciddi şəkildə artmışdır.
  Möhtərəm Cənab Prezidentimiz  İlham Əliyevin uzaqgörən və ağıllı siyasətinə , eləcə də ordumuzun gücünə güvənərək deyə bilərik ki, işğal altında olan torpaqlarımız tez bir zamanda şərtsiz qaytarılacaqdır.Və biz buna inanırıq.

Rübabə Əsədova,

ziyalı, müəllim

Keçidlər