Şriftin ölçüsü :

Saytın rəngi :

"Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar"

22 sentyabr 2020 | 11:00

   Azərbaycan Prezidentinin təxribatlarla bağlı mövqeyi hamıya bəllidir. Məhz cənab Prezident söyləyib ki: “Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”. Bu sözlər cənab İlham Əliyevin sərt mövqeyinin göstəricisidir.
   O düşmənlərə mesaj göndərərək, bütün dünyaya bəyan etmişdir ki: "Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar”, bu , BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.
   Reallıqda isə biz görürük ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Ermənistan təcavüzkar dövlətdir. Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Ermənistan bizim üçün daim təhlükə mənbəyidir.
    Dövlət başçımız çox gözəl vurğulamışdır ki, "Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək." Bu bütün dünyaya Azərbaycanın mövqeyini bəyan etmək deməkdir
   Cənab Prezident öz çıxışında birmənalı olaraq bildirmişdir ki, "Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur". Bu da Azərbaycan Prezidentinin mövqeyini və bu məsələdə qətiyyətini göstərir.
  Təsadüfi deyil ki, cənab İlham Əliyev qeyd edib ki, "əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq". 
  Qarabağ Azərbaycandır! Nida!

Ləman Şükürzadə,
gənc fəal

 

Keçidlər