Şriftin ölçüsü :

Saytın rəngi :

20 sentyabr – Neftçilər günüdür

20 sentyabr 2020 | 11:00

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Abşeron” yatağının əhəmiyyəti haqqında geniş danışaraq bildirmişdir ki, “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır”.
   Mən düşünürəm ki, biz uğurlarımız üçün Cənab Prezidentimizə borcluyuq. Mənim qardaşım neftçidir, o Azərbaycan neft sənayesinin, xüsusi ilə, Bulla dəniz yatağının işlədilməsində öz rolu olan dayım, məşhur neftçi Böyükağa Orucovu daim nümunə götürüb. Evimizdə neft sənayesi haqqında, neftçilər haqqında danışanda, mütləq şəkildə Azərbaycanın uğurlu neft strategiyasından danışılır. Qardaşım daim xüsusi vurğulayır ki, Prezidentimiz ARDNŞ-də (SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır. Bu barədə cənab İlham Əliyev də xüsusi ilə vurğulayır ki: “Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir”
   Cənab Prezidentimiz İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Olduqca maraqla televiziyadan bu tədbiri izlədim.
   “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutub. Statistikanı oxudum və gördüm ki, bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür.
   “Abşeron” yatağının həm kəşfi azərbaycanlı dahi mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular Azərbaycanda istehsal olunub. Bu isə qüdrətli Azərbaycan deməkdir.
   Neft məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir. Mən özümdə Xoşbəxt Yusifzadə kimi dahi neftçi olmaq istəyirəm.
   Bütün neftçilərin peşə bayramını təbrik edirəm! Şərəfli Peşə sahiblərinə uzun ömür can sağlığı arzu edirəm

Ayxan Abdullayev,
139 saylı məktəbin şagirdi

 

Keçidlər