Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon sakinlərinin vaksinasiyası prosesi uğurla davam etdirilir

17 fevral 2021 | 11:00

   “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
    Fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi həyata keçirilməyə başlamışdır.
   Bu mərhələnin nizamlı təşkil olunması məqsədi ilə 65 yaşdan yuxarı vətəndaşlarımız 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanından qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmiş və özünün əvvəlcədən təyin etdiyi vaxtda qeydiyyatdan keçmişdir.
   Qeyd edək ki, rayonumuzun ərazisində fəaliyyət göstərən tibb məntəqələrində də vaksinasiya prosesi uğurla həyata keçirilir.
   Bununla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayonun ictimai fəalları ilə birlikdə vaksinasiya prosesini gündəlik olaraq yerində izləyirlər.
   Xatırladaq ki, "randevu.its.gov.az" saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını daxil edilir. “Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Təsdiq etdikdən sonra mobil nömrəyə SMS vasitəsi ilə bildiriş göndərilir.
   "Covid-19" peyvəndi üçün randevu götürülməsi təlimatı ilə tanış olmaq üçün bu linkdən istifadə etməyiniz tövsiyə olunur.

Keçidlər