Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımını unutma!

22 fevral 2021 | 11:00

    Bəşəriyyətə qarşı törədilmiş ən qanlı, ən faciəli qırğınlardan biri olan Xocalı faciəsindən 29 il ötür. Lakin 29 il ötməsinə baxmayaraq həmin müdhiş gün, o dəhşətli gecə bizim yaddaşımızda qalmaqdadır və əbədi olaraq da qalacaqdır.  Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir.
   Qaradağ rayonunun yeniyetmə və gəncləri həmin hüquqi əsaslara istinad edərək Xocalıda törədilmiş qanlı aksiya barədə həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq, ermənilər tərəfindən türksoylu xalqlara qarşı yürüdülən soyqırım siyasətinə beynəlxalq təşkilatların hüquqi status verilməsinə nali olmağı özünün əsəs vəzifəsi hesab edir.
   Bu məqsədlə Heydər Əliyev Mərkəzində rayon gəncləri tərəfindən Хоcаlı fаciəsinin 29-cu ildönümü ilə bağlı beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media nümayəndələrinin E-MAİL-lərinə Xocalı soyqırımı haqqında reallıqların göndərilməsi aksiyası start götürmüşdür. Aksiya hal-hazırda davam etməkdədir.

Keçidlər