Şriftin ölçüsü :

Saytın rəngi :

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Qaradağ rayonunda kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışır

24 fevral 2021 | 11:00

   23 fevraldan 24 fevrala  gecədən başlayaraq Qaradağ rayonunun qəsəbələrində əsas küçə, prospekt və yollara, həmçinin respublika əhəmiyyətli avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.
   Maşın-mexanizmlər və canlı qüvvə gecəboyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.
   Aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər