Şriftin ölçüsü :

Saytın rəngi :

Ad günün mübarək şəhidim!

05 mart 2021 | 11:00

   Bu gün Şəhid Musaoğlu Ataməlinin doğum günüdür. Şəhidlər unudulmur.
   Şəhid Musaoğlu Ataməli 05 mart 1995 ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində anadan olmuşdur. BDU məzunu olub.
   Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi və çox uğurla kariyerasını yüksəldirdi. 2 yaşında Gül adlı qızı var. Evin tək oğlu idi.
   Səfərbərlik zamanı işini, qızını arxada qoyub könüllü cəbhəyə yollanmışdı. Suqovuşana bayraq sancanlardan olub. Yaralı dostunu xilas edərkən düşmən tərəfindən ürəyindən nişan alınıb və atasının ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu "Vətən Uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
   Şəhidin doğum günü ilə əlaqədar olaraq məzarı ziyarət olunaraq gül qoyulub, daha sonra şəhidin evində ailəsi və az yaşlı körpəsi ilə görüş keçirilib.
   Görüşdə ailəni narahat edən məsələlər araşdırılıb və aradan qaldırılıb.
   Daha sonra ailəyə ərzaq yardımı və şəhidin qızı GÜL balaya hədiyyələr, uşaq oyuncaqları verilib.

Keçidlər