Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Qaradağ rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

19 mart 2021 | 11:00

   Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü və BOS SHELF şirkətinin dəstəyi ilə YAP Qaradağ rayon təşkilatının fəalları rayon ərazisində yaşayan Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

   Rayon təşkilatının fəalları şəhid ailələrinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür ediblər.

   Bildirilib ki, Azərbaycan xalqı öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

   Şəhid ailələri göstərilən diqqətə görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevayə  öz təşəkkürlərini bildiriblər.

   Qeyd edək ki, şəhid ailələrinə maddi yardım göstərilib.

Keçidlər