Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD ELŞƏN MUSAYEVİN QIZI AYŞƏNİN AD GÜNÜ

19 mart 2021 | 11:00

   Bu gün Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində şəhid olmuş Elşən Musayevin qızı Ayşənin doğum günündə şəhidimizin ailəsi ziyarət olunub.
   Şəhidimizin ailəsinə ərzaq və digər yardımlar olunub. Şəhidimizin qız Ayşəyə bir neçə hədiyyələr və o cümlədən  noutbuk hədiyyə olunub.
   Görüş zamanı şəhidimizin ailə üzvülərini narahat edən problemləri və qayğıları maraqlanılıb.
   Şəhidimizin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, Qaradağ rayon icra hakimiyyətinə öz minnətdarlıqlarını bildiriblər.
   Şəhid Elşən Musayevin yoldaşı övladının doğum günündə onun təbrik olunmasını, ömür-gün yoldaşının xatirəsinin əziz tutulmasını Elşənin simasında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
   Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrinin və məzarlarının ziyarət olunması unudulmur.
   Qaradağ rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhid ailələri və qazilərimiz ilə görüşləri bundan sonrada davam etdiriləcək

Keçidlər