Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağlı Novruz bayramınız mübarək

16 mart 2021 | 11:00

   16.03.2021-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə və döyüş əməliyyatları zamanı yaralanmış şəxslərə, Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi zamanı  əlil olmuş şəxslərə ilaxır çərşənbə bayramı ilə əlaqədar ərzaq yardımı edilmişdir. Ümumulikdə 29 şəhid ailəsinə və 21 yaralı və qaziyə ərzaq yardımı edilmişdir.
   Bundan əlavə bütün şəhid məzarlarının üzərinə gül dibçəkləri qoyulmuş, şəhid ailələrinin və vətən müharibəsi qazilərinin evləri ziyarət olunmuşdur.
   Onları narahat edən məsələlər araşdırılmış və həlli üçün müvafiq işlər görülmüşdür.
   Şəhid ailələrinin və qazilərin bütün məsələləri İcra Hakimiyyətinin diqqət mərkəzindədir.

Keçidlər