Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz Heydər Əliyev irsini öyrənirik”

07 may 2021 | 11:00

   07 may 2021-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında onlayn qaydada “Breyn-rinq” intellektual oyunu üzrə bilik yarışı keçirildi.
   Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, yarışın münsiflər heyətinin sədri İlqar Qasımov söylədi ki, görkəmli siyasi və ictimai xadim Heydər Əliyevin anadan olmasının 98 illik yubileyi münasibətilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının sərancamı ilə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq silsilə xarakterli tədbirlər keçirilir və bugünki tədbir də həmin tədbirlər planının tərkib hissəsidir. O qeyd etdi ki, Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Heydər Əliyein vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülməli, ulu öndərin irsi gənclər tərəfindən öyrənilməli və təbliğ edilməlidir. Bu məqsədlə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş bilik yarışı müstəsna əhəmiyyətə malikdir.
   Bilik yarışının qayda və şərtləri izah olunduqdan sonra yarışa start verildi. Yarışın ümumi yekun nəticəsinə əsasən 166 nömrəli məktəbin IX sinif şagirdi Aqil Əlipaşayev I yerə, 288 nömrəli məktəbin VIII sinif şagirdi Aynur Balaməmmədova II yerə, 166 nömrəli məktəbin X sinif şagirdi Cavid Əlipaşayev III yerə layiq görüldü. 288 nömrəli məktəbin şagirdi Zöhrə Alməmmədova isə fərqləndi. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılacaqlar.

Keçidlər