Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz narkotiklərə yox deyirik”

05 may 2021 | 11:00

   05 may 2021-ci il tarixdə online formatda “Biz narkotiklərə yox deyirik” mövzusunda toplantı keçirildi.
   Tədbiri giriş sözü ilə açan Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyanın üzvü,  rayon Gənclər və İdman İdarəsinin rəisi  E.Abbasov toplantının keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomanlığa qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirdi. Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın məsul katibi Ruslan İsmayılov,  YAP Qaradağ Rayon Təşkilatının Aparat rəhbəri Ramiz Yusupov çıxış edərək narkomanlığa qarşı mübarizə sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ın icrası ilə bağlı görülməsi vacib oilan işlərdən danışdı. Bakı Narkoloji Dispanserin həkim narkoloqu Vəfa Əliyeva narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotiklərin doğurduğu faciələrdən söhbət açaraq  narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin cəlb edilməsi, təşkilatlar və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd etdi.
   Rayon gəncləri adından çıxış edən Könül Əhmədova yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması yollarını iştirakçıların nəzərinə çatdırdı. Həmçinin məktəblilər arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizminə vürduğu zərərli nəticələrə həsr olunmuş profilaktik tədbirlərin keçirilməsində zərurət olduğunu bildirildi və gənclərin kütləvi idman növlərinə cəlb edilməsinin daha böyük səmərə verəcəyindən söhbət açıldı.

 

Keçidlər