Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

09 may 2021 | 11:00

   Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 9-da Bakı şəhərinin Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib.
   Ağacəkmə aksiyası zamanı Bakı-Ələt (Astara) yolunun 18-ci km-nin sol hissəsində, və Qaradağ rayonunun Lökbatan, Sahil, Ələt, Qobustan, Ümid, Müşviqabad və digər qəsəbələrinin ərazisində müxtəlif növ 1350 ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
   Aksiya çərçivəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında, qəsəbələrdə salınmış park və xiyabanlarında bəzək və gül kolları əkilib, əvvəl əkilən gül və yaşıllıqlara qulluq olunub.
   Ağacəkmə aksiyalarında rayonun rəhbər işçiləri, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, gənclər iştirak ediblər.

 

Keçidlər