Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladları ilə görüş keçirilmiş və onlara hədiyyələr təqdim edilmişdir

14 iyun 2021 | 11:00

   Azərbaycan öz tarixi torpaqlarını Ali Baş Komandanımızın və vətən uğrunda canlarını qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir.
   Vətənin bütövlüyü uğrunda canlarını, sağlamlıqlarını qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Beləki vətən uğrunda canlarını qurban verən igid oğulları əmanətləri olan övladlarının bütün istəkləri həyata keçirilir və keçirilməkdə davam edəcəkdir.
   1 iyul -  Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Qaradağ Rayonu Icra Hakimiyyəti başçısı tərəfindən şəhid övladları ilə görüş keçirilmiş və onlara hədiyyələr təqdim edilmişdir.
   Görüş zamanı şəhid övladlarının digər istəkləri öyrənilmiş və bunun üçün müvafiq işlər görülmüşdür.
   Şəhid Qədirov Şahin Bayram oğlunun övladı Qədirli Bayram Şahin oğlunun öz bəyənməsi ilə alınmış velosiped  və Şəhid Məmmədov Pərviz Ələddin oğlunun övladı Məmmədov Tuncay Pərviz oğlunun öz bəyənməsi ilə alınmış “segue” şəhidin övladına təqdim edilmişdir.

Keçidlər