Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizin doğum günü qeyd olundu

15 iyun 2021 | 11:00

   Ən uca zirvədə dayanmış Şəhidlər bizim qürur mənbəyimiz, and yerimizdir!
   Onlar Vətən qədər əbədi yaşayacaqlar!
   Biz onları heç vaxt unutmayacağıq!
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Adını tarixə qızıl həriflərlə yazdıran, torpaqlarımızın azadlığı və suverənliyi uğrunda qorxmadan canlarını fəda edən iki qəhrəman şəhidimiz  Məmmədquliyev Ağabəy Zaur, Həsənov Tural Rauf oğlunun 15.06.2021-ci il tarixində doğum günüdür.
   Şəhidlərimizin doğum günü münasibəti ilə əlaqədar olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən onların məzarları ziyarət olunmuş və məzarları üzərinə əklil qoyulmuşdur.
   Daha sonra şəhid ailəsi ziyarət olunaraq başsağlığı verilmiş,ərzaq yardımı edilmişdir.şəhid ailəsini narahat edən məsələlər dinlənilmiş və aradan qaldırılması üçün müvafiq işlər görülmüşdür. Şəhid ailələri dövlət və cəmiyyət tərəfindən onlara edilən diqqətə və qayğıya görə təşəkkürlərini bildirmişdir.

Keçidlər