Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda abadlıq-quruculuq işləri davam etdirilir

17 iyun 2021 | 11:00

   Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, abad məhəllələr salınır, küçələr yenidən qurulur. Mərkəzi küçələrə çıxan eyvanlarda xüsusi qablarda əkilmiş güllər asılmışdır. 
   Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarlarında salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilir.
   Rayon əhalisindən rayonun simasının qorunması üçün məişət tullantılarını xüsusi ayrılmış yerlərə və qablara atılmaması və yaşıllıqların qorunması üçün diqqət göstərilməsi xahiş olunur. 

Keçidlər