Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər Unudulmur, Unudulmayacaq

21 iyun 2021 | 11:00

   Bu gün 21.06.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin, Musayev Elşən Hüseyn oğlunun doğum günüdür. Musayev Elşən Hüseyn oğlu 21.06.1988-ci il tarixində Ağsu rayonunda anadan olmuşdur. Vətən müharibəsində hərbi qulluqçu kimi şərəfli döyüş yolu keçmiş və 30.10.2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə  şəhid Musayev Elşən “Fizulinin azadlığı uğrunda”, “Cəbrayılın azadlığı uğrunda”, "Cəsur döyüşçü” medallar ilə təltif olunmuşdur.
   Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi şəhid Musayev Elşən Hüseyn oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.
   Daha sonra şəhidin evi ziyarət olunmuş,şəhid ailəsinə ərzaq yardımı edilmişdir. Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
   Şəhid ailəsi və övladları dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirmiş  və  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər