Şriftin ölçüsü :

Saytın rəngi :

“Hərb tariximiz” intellektual oyunu

24 iyun 2021 | 11:00

   24 iyun 2021-ci il tarixdə “26 iyun Azərbaycanın Silahlı Qüvvələr günü”nə həsr olunmuş “Hərb tariximiz” adlı intellektual oyun keçirildi.
   Tədbirin açılış mərasimində çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov  iştirakçıları Silahlı Qüvvələr günü münsibətilə təbrik edərək onlara təhsildə və şəxsi həyatda uğurlar arzuladı. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi və yüksək təşkilatçılığı sayəsində yaradılan Milli ordu qısa zaman kəsiyində regionun ən güclü nizami ordusuna çevrildi. Varislik prinsipinə sadiq qalan Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Ordusunun yarandığı günü-26 iyun tarixini Azərbaycanın Silahlı Qüvvələr günü kimi qeyd olunması haqqında müvafiq sərəncam imzaladı. E.Abbasov söylədi ki, Azərbaycan Ordusu bu gün özünün ən şərəfli dövrünü yaşamaqdadır, çünki  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri uzun müddət işğal altında olan tarixi torpaqlarımızı azad edərək tarixi bir qələbəyə imza atdı. Bu parlaq qələbənin sevincini bütün Azərbaycan xalqı daim hiss edəcəkdir. 
  Açılış mərasimindən sonra münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah olundu və intellektual oyuna start verildi. Böyük maraqla keçən oyunun ümumi yekun nəticələrinə əsasən 319 № li məktəbin şagirdi Zəminə Bayramova I yerə, 288 № li məktəbin şagirdi Elçin Gülməmmədov II yerə, 319 № li məktəbin şagirdi Nəzrin Rəsulova III yerə sahib oldular.  Qaliblər müvafiq dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırılacaqlar.

Keçidlər