Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən üçün canından keçən qəhrəman övladlar unudulmur

29 iyun 2021 | 11:00

   Bu gün 29.06.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Xəlilov Ələddin Əlizaman oğlunun doğum günüdür.
   Xəlilov Ələddin Əlizaman oğlu 29.06.2001-ci il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olmuşdur.44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində əsgər iştirak etmişdir və qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə “Vətən uğrunda” medallı ilə təltif olunmuşdur.
   Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi şəhid Xəlilov Ələddin Əlizaman oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.
   Daha sonra şəhidin evi ziyarət olunmuş, Qaradağ rayon icra Hakimiyyətinin dəstəyi ilə düzəldilmiş şəhidin xatirə otağının açlışı olmuş, şəhid ailəsinə ərzaq yardımı edilmişdir.
   Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.
   Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır. Şəhidin doğum gününün televiziya vasitəsi ilə işıqlandırılması təmin edilmişdir.
   Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirmiş  və  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər