Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər unudulmur

18 avqust 2021 | 11:00

Bu gün 17.08.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Abbasov Pünhan Nəsir  oğlunun doğum günüdür. Abbasov Pünhan Nəsir oğlu 17.08.1997 -ci il tarixində Qaradağ rayonu,Qobustan qəsəbəsində anadan olmuşdur.44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan “Dəmir yumruğ” əməliyyatında Suqovuşan istiqamətindəki döyüşlərdə iştirak etmişdir və 17.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları  ilə təltif olunmuşdur.
Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyi ,Milli Məclisin deputatı,şəhidimizin xidmət etdiyi hərbi hissənin zabit heyyəti,döyüş yoldaşları şəhid Abbasov Pünhan Nəsir oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.
Daha sonra şəhidin evi ziyarət olunmuş, şəhid ailəsinə ərzaq yardımı edilmişdir. Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirmiş  və  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər