Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri ilə görüşlər keçirilir

13 sentyabr 2021 | 11:00

   13 sentyabr 2021-ci il tarixdə Qaradağ İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. Xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişdir.
   Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsində yüzlərlə Qaradağ rayonu gəncinin  qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb. Qeyd edib ki, şəhid ailələrinin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həllinə köməklik göstərmək üçün dövlətimiz daimi səy göstərir.
  13.09.2021-ci ildə təşkil olunmuş görüşün məqsədi Vətən müharibəsi şəhidlərinin ailələrini narahat edən məsələlərin araşdırılıb həll edilməsi və il dönümü ilə əlaqədar keçiriləcək tədbirlərin müzakirəsi olmuşdur.Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin problemləri və onları narahat edən məslələri dinləyib və qaldırılan məsələlər yerində həllini tapmişdır.Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər