Şriftin ölçüsü :

Saytın rəngi :

Müşviqabad qəsəbəsində Şəhid Elşən Musayevin anım mərasimi keçirilib

30 oktyabr 2021 | 11:00

Bu gün 30.10.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Musayev Elşən Hüseyn oğlunun şəhadətə ucaldığı gündən bir il ötür.

Musayev Elşən Hüseyn oğlu 21 iyun 1998-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1994-2005 ci illərdə Ağsu şəhər 3 saylı tam orta məktəbdə təhsil almışdır.
27 Sentyabr 2020-ci ildə Vətən müharibəsinə qatılmışdır. Cəbrayıl və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 8 oktyabr 2020-ci ildə şəhid olmuşdur. 30 oktyabr 2020-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində dəfn edilmişdir.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, Qaradağ və Ağsu rayon icra hakimiyyəti başçılarının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirakı ilə Şəhidin məzarı ziyarət olunub,məzarı üzərinə əklil qoyulub. Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirmiş  və  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir
Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə cənab Ali Baş Komandana  minnətdarlıqlarını bildiriblər.

Keçidlər