Şriftin ölçüsü :

Saytın rəngi :

01 noyabr 2021-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Vətən Müharibəsinin birinci ildönümünə həsr olunmuş tədbir keçirildi

01 noyabr 2021 | 11:00

Tədbirdən öncə Ulu Öndərin abidəsi önünə gülqoyma mərasimi keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın üzvləri, Milli Məclisin deputatı Səbinə Xasayeva, İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, Şəhid ailələri, qazilər,  YAP Qaradağ rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir Heydər Əliyev Mərkəzinin foyesində “Keçən günlər müqəddəs bir xatirədir” adlı 44 günlük Vətən Müharibəsi şəhidlərinin mülki həyatda olan fotolarından ibarət sərgiyə baxışla keçirildi. Sonra qonaqlar zala daxil oldular. Dövlət himni səslənəndən sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Daha sonra 44 günlük Vətən Müharibəsinin şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qaradağdan Qarabağa” adlı videorolik nümayiş olundu.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə çıxış etdi. Çıxışında 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun qələbələrindən, işğal olunmuş torpaqların azad olunmasından söhbət açdı. Şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına torpaqlarımızın işğaldan azad olunmasını vurğuladı. Yekunda şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində olduğunu bildirdi, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi.
Daha sonra tədbirdə iştirak edən qonaqlar Milli Məclisin deputatı Səbinə Xasayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi, polkovnik Vüqar Seyidov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlunun anası Leyla Musayeva çıxış etdilər.
Sonra tədbir konsert proqramı ilə davam etdi. Zəfər gününə həsr olunmuş “Qarabağ şikəstəsi” ifa olundu, məktəblilər şeirlər səsləndirdilər.
Tədbir vətənpərvərlik musiqisinin sədaları altında yekunlaşdı.

 

Keçidlər