Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda "Zəfər bayramı"na həsr olunmuş silsilə tədbirlər davam edir

02 noyabr 2021 | 11:00

02 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi Ə.Kazımov adına 228 saylı tam orta məktəbdə "Zəfər bayramı"na həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə şəhid ailələri, qazilər, məktəbin direktoru Səkinə Rzayeva, Qaradağ İcra Hakimiyyətinin şöbə müdiri  Munis Bayramov, tərbiyə işləri üzrə direktor müavini Cəmilə Nuqrəzadə, müəllimlər və şagirdlər iştirak etdilər.
Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək tədbir iştirakçılarını müzəffər, şanlı ordumuzun cənab Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza bəxş etdiyi qələbə bayramı, zəfər tarixi münasibətilə təbrik etdi. O, gənc nəslə Azərbaycan xalqının keçdiyi zəfər tarixindən və vətənpərvərlik ideologiyasının davam etdirilməsini tövsiyə etdi. Sonda şəhid analarına vüqarlı olmalarını arzu edərək qazilərimizə təşəkkür etdi.
Məktəbin direktoru Səkinə Rzayeva öz çıxışında bildirdi ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq iqtidar birliyinin ölkəmizin qələbəsini təmin edən mühüm amillərdir. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Tədbirdə  məktəbin məzunu olmuş şəhid Teymur Rəsulovun sinif rəhbəri İlhamə müəllimə, Ruslan Abbasovun sinif rəhbəri Svetlana müəllimə, qazilər və şəhid anaları çıxış etdilər. Şagirdlər vətənpərvərlik və qələbə ruhlu şeirlər səsləndirdilər.

Keçidlər