Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıdaş qəsəbəsində "Zəfər bayramı" ilə əlaqədar tədbir keçirildi

05 noyabr 2021 | 11:00

Rayonun bütün ərazisində  8 noyabr "Zəfər bayramı" ilə əlaqədar silsilə tədbirlər davam edir. Bu gün Qızıldaş qəsəbəsində yerləşən Şəhid Azər Namazov adına 180 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə şəhidlərin valideyinləri, qazilər, müharibə veteranları, Qaradağ rayon İcra Hakimiyyətinin müavini Təranə İsmayılova, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və qəsəbə fəalları iştirak etdilər.
Məktəbdə ümumi qəsəbə ərazisində yaşayıb şəhid olan bütün 22 şəhidlərimizin həyatından bəhs edən muzeyin açılışı,  rəsm müsabiqəsində şagirdlərimizin vətən müharibəsində müzəffər ordumuzun əvəzolunmaz şücaətləri nümayış etdirildi.
Yuxarı sinif şagirdlərinin iştirakı ilə "44 GÜNÜN TARİXİ" mövzusunda kompozisiyalar, videoçarxlar nümayiş etdirildi. Tədbirdə şəhid ailə üzvləri, müharibə veteranları və qonaqlar çıxış edərək öz təəssüratlarını bölüşdülər.

Keçidlər