Şriftin ölçüsü :

Saytın rəngi :

5 nömrəli Uşaq İncəsənət məktəbində 8 noyabr «Zəfər gününə» həsr olunmuş «Zəfər çələngi» adlı tədbir keçirildi.

05 noyabr 2021 | 11:00

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, icra hakimiyyətinin nümayəndələri, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və baş idarənin əməkdaşları, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Əfrasiyab Dadaşov, 28 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Mehman Əzimov, Sahil qəsəbəsinin bələdiyyə sədri Elmira Əliyeva, «Qazilər» vətən mühraibəsi iştirakçılarına və Ailələrinə Sosial dəstək İctimai Birliyi iştirak etdilər.
Tədbiri məktəbin nəzəriyyə şöbəsinin müdiri Ələsgərova Məhəbbət açıq elan etdi və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Vətən müharibəsində qələbə çaldığımıza görə, başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, zabit və əsgərlərimizə təşəkkür edirik və qazilərimizə isə can sağlığı arzulayırıq. Bu günlər bizim 30 ilə yaxın gözlədiyimiz Qələbə günüdür. Dağlıq Qarabağ və işğal altında olan ərazilərimizin erməni qəsbkarlarından azad olunmasından 1 il ötür. Sentyabr 27-də əks-hücum nəticəsində başlanan 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Tədbirdə məktəbin şagirdi Məmmədzadə İsmayıl vətən haqqında şer söylədi. Fortepiano sinifinin şagirdləri «Əsgər marşı», şagirdlərdən ibarət xor Cavanşir Quliyevin «Cənab leynanat» mahnısı,  şagirdimiz Məmmədzadə İsmayıl «Qalib Şuşa» mahnısını, müəllim İbrahimli Qəlbinur «Misri» aşıq havasını, müəllim Ramazanov Fərhadın ifasında «Laçın» mahnısını, şagirdimiz Həşimov Amin Cahangir Cahangirovun «Qarabağ» mahnısını ifa etdilər. Məktəbin rəqs sinifinin şagirdləri rəqs nömrəsi ilə çıxış etdilər.
Tədbirin sonunda Qaradağ Rayon İcra hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, «Qazilər» vətən mühraibəsi iştirakçılarına və Ailələrinə Sosial dəstək İctimai Birliyinin nümayəndəsi Yadigarlı Pərvin çıxış edərək, xalqımızı bayram münasibəti ilə təbrik etdi, şəhidlərimizə rəhmət və qazilərimizə şəfa dilədilər. Sonda xatirə şəkilləri çəkdirildi.

Keçidlər