Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş konsert keçirildi

08 noyabr 2021 | 11:00

   Xalqımızın tarixində çox əlamətdar bir gün olan “8 noyabr Zəfər Günü”nün qeyd edirilməsi münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev parkı qarşısında konsert keçirildi.
   Konsertdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak edirdilər.
   Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan  İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
   Tədbirdə tanınmış müğənnilər, həmçinin rayon ərazisində yerləşən mədəniyyət evlərinin və musiqi məktəblərinin müəllim və şagirdləri vətənpərvərlik mövzusunda mahnılar oxudular. Məktəblilət vətənimizə, Müzəffər ordumuza həsr edilmiş şerlər söylədilər.
   Konsert proqramı atəşfəşanlıqla yekunlaşdı.

Keçidlər