10 May 2022-ci il tarixində Qaradağ İcra Hakimiyyətinin dəstəyi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş “Xarı Bülbülün ikinci Baharı” adlı tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Rüfət Məmmədov, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Elgün Kazımov, Peşə Təhsil Mərkəzinin pedaqoji heyyəti, kollektivi və digər qonaqlar iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Peşə Təhsil Mərkəzinin rəhbəri və digər qonaqlar çıxış edərək, Heydər Əliyevin müasir Azərbaycan Respublikasının qurucusu kimi göstərdiyi əvəzolunmaz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Tədbirdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
“Xarı Bülbülün ikinci Baharı” adlı tədbir görkəmli sənətkarımız Şəmistan Əlizamanlı, müğənni Çinarə Məlikzadə və digər incəsənət nümayəndələrinin ifası ilə davam etdirildi.
Sonda, Şəmistan Əlzamanlı, Çinarə Məlikzadə və Mehman Mayılxanlı, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən turnirdə fəal iştirak edən Qızlıdaş qəsəbə Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Xankəndi” idman klubunun iştirakçıları “Təşəkkürnamə” ilə təltif edildilər.