Şriftin ölçüsü :

Saytın rəngi :

“Qaradağ rayonunda qarşıya qoyulmuş vəzifələrin icrası uğurla davam etdirilir”

16 may 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə yeni iqtisadi münasibətlər formalaşmış, mülkiyyət çoxnövlülüyü təmin edilmiş, azad rəqabət şəraiti yaradılmış və biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilərək özəl sektorun davamlı inkişafına nail olunmuşdur.
          Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2016-cı il ölkədə dərin iqtisadi islahatlar ili elan edilmiş və islahatların geniş miqyası müəyyənləşdirilmişdir.

       İqtisadi inkişafda əsas prioritet kimi qəbul edilən özəl sektorun davamlı inkişafına nail olunması məqsədilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən cari ildə böyük əhəmiyyət daşıyan bir çox ciddi sərəncamlar imzalanmış və qanunlar  qəbul edilmişdir.

        Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yerli icra hakimiyyəti sisteminə daxil olan aidiyyəti dövlət qurumlarının və qeyri hökumət təşkilatlarının nümayəndələrindən ibarət xüsusi qərargah yaradılmış və “Tədbirlər Planı” işlənərək təsdiq edilmişdir.
“Tədbirlər Planı” üzrə  qarşıya qoyulmuş vəzifələr uğurla davam etdirilməkdədir.
Ötən müddət ərzində dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Qaradağ  rayonunda da qeyri  məşğul əhalinin yeni iş yerləri ilə təmin olunması istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Qaradağ rayonu üzrə ümumilikdə ötən müddət ərzində dövlət və qeyri-dövlət müəssisələri tərəfindən mövcud olan 1175 vakansiya üzrə 1076 nəfər qeyri məşğul əhali iş yerləri ilə təmin edilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarına müvafiq olaraq rayonun Lökbatan, Sahil, Qızıldaş, Ələt və Qobustan qəsəbələrində mövcud olan 274 ədəd qamış və taxta konstruksiyadan ibarət yaşayış sahələrinin sökülərək yeni yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Artıq Lökbatan qəsəbəsində yeni yaşayış binalarının tikintisinə başlanılmış və həmin tikinti işlərində  qeyri məşğul əhalinin 600-650 nəfərinin işlə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
         “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilmişdir.

         Belə ki, Rayonun Sahil qəsəbəsində 9 nömrəli xüsusi internat məktəbində 180 yerlik yeni tədris korpusu inşa edilmiş, Puta qəsəbəsində 120 yerlik  326 nömrəli uşaq bağçası (körpələr evi) yenidənqurma işləri aparılaraq əsaslı təmir olunmuş  və Qobustan qəsəbəsində 80 yerlik “Şəngülüm” uşaq bağçası (körpələr evi) əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.
        Bundan başqa Korgöz qəsəbəsində yeni yaradılmış istirahət parkı qəsəbə sakinlərinin  istifadəsinə verilmişdir.

             Azərbayacan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli, 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda xüsusi iqtisadi zonalar dəstək tədbirləri öz əksini tapmışdır.

                      Azərbaycanın Şərqdən Qərbə yolun üzərində yerləşməsi və bu, coğrafi şərait ölkədə azad iqtisadi zonaların yaradılması üçün əlavə imkanlar açır.

        Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 17 mart 2016-cı il tarixli mühüm Sərəncam imzalayıb.
       Azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması gələcəkdə iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsinə, qeyri-neft sektorunun müxtəlif sahələrində rəqabətqabiliyyətli istehsal sahələri şəbəkəsi yaratmaqla, ixrac potensialının artırılması proseslərinin sürətləndirilməsinə əlavə töhfələr verəcəkdir. Bunun nəticəsində ölkəmizdə, o cümlədən Qaradağ rayonunda yaşayan  insanlar üçün yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır.

Keçidlər