Şriftin ölçüsü :

Saytın rəngi :

9 may – Qələbə Günü münasibəti ilə Qaradağ rayon veteranları “Ukrayna faşist işğalçılardan azad edilməsinin 70-ci ildönümü” fərqlənmə medalları ilə təltif edildi

14 may 2016 | 11:00

14 may 2016-cı il tarixində 9 may – Qələbə Günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin təşkilatçılığı ilə Qaradağ rayonunda yaşayan Böyük Vətən Müharibəsi illərində Ukraynanın azad olunmasında iştirak edən Azərbaycan Respublikasından olan müharibə veteranlarına “Ukrayna faşist işğalçılardan azad edilməsinin 70-ci ildönümü” fərqlənmə medalları təqdim edilmişdir.
Təqdimetmə zamanı Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin baş zabiti, kapitan Adil Hüseynov, müfəttiş Təhminə Məmmədova, Qaradağ rayonu Ukrayna Konqresinin sədri Qalina Fyodorovna Qasımova, Qaradağ Rayon Veteranlar Birliyinin sədri Əli Məmmədov və müavini Paşa Məmmədov iştirak ediblər.
1924-cü il təvəllüdlü Sahil qəsəbə sakini Quliyev Allahverdi Vəli oğlu və 1925 cil təvəllüdlü Lökbatan qəsəbə sakini Məmmədov Yaqub Tağı oğlu vəfat etdikləri üçün onların medalları evlərində ailə üzvlərinə, 1925-ci il təvəllüdlü Qobustan qəsəbə sakini Baxşıyev Atalar Ataxan oğluna evində özünə təqdim edilmişdir.

Keçidlər