Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun-Narkotiklərlə Ümumdünya mübarizə günü”nə həsr olunmuş

24 iyun 2016 | 11:00

24 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində “26 iyun-Narkotiklərlə Ümumdünya mübarizə günü”nə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov, rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi B.Bayramov və həmin idarənin  yetkinlik yaşına çatmayanlar üzrə inspektoru C.Ömərova, Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqları V.Əliyeva və K.Lukoşkina, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov və rayon gəncləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov narkomanlığa qarşı kütləvi şəkildə mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş üçün “Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə” Dövlət Proqramının (2013-18-ci illər) icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası yaradılmasını qeyd edərək komissiyanın fəaliyyət istiqamətləri barədə danışdı.
Komissiya üzvü,  rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov keçirilmiş tədbirlər haqqında məlumat verərək narkomanlıqla bağlı statistik göstəriciləri iştirakçıların nəzərinə çatdırdı. Digər çıxış edənlər polis əməkdaşı B.Bayramov, həkim V.Əliyeva narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər. Tədbirin sonunda iştirakçıların suallarına açıqlamalar verildi.

Keçidlər