Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü”nə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu

24 iyun 2016 | 11:00

23 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Qaradağ rayonu ərazisində yerləşən hərbi hissələrin əsgərləri arasıanda “26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü”nə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə bilik yarışı keçirildi.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov hərbi hissələrdən gəlmiş zabit və əsgərləri  Silahlı Qüvvələr günü münasibətilə təbrik edərək onlara hərbi hazırlıq işlərində uğurlar dilədi və hərb sənətinə həsr olunmuş oyunun məqsəd və vəzifələrini iştirakçıların nəzərinə çatdırdı. Tədbirdə iştirak edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun məsul əməkdaşı S.Kazımov Qaradağ rayonu ərazisində yerləşən hərbi hissələrin şəhər yarışlarında göstərdiyi nəticlərdən danışaraq rayon rəhbərliyi ilə hərbi hissələr arasında olan sın münasibətlərin nəticəsi kimi gənc hərbçilərin ictimai-siyasi həyatda da fəal iştirak etdiklərini diqqətə çatdırdı. Baş İdarənin əməkdaşı həmçinin tədbirlərin yüksək səviyyədə keçirilməsində yaradılan şəraitə və Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində göstərdiyi xidmətlərə görə Heydər Əliyev Mərkəzinin direktoru H.Xəlilovanı Baş İdarənin diplomu ilə təltif etdi.
Münsiflər heyətinin sədri İ.Qasımov yarışın qayda və şərtlərini izah etdikdən sonra üç mərhələdən ibarət olimpiadaya start verildi. Azərbaycan və dünya hərb sənətini əhatə edən suallara verilən cavabların ümumi yekun nəticələrinə əsasən qaliblər müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər