Şriftin ölçüsü :

Saytın rəngi :

Avropalı tələbələr Qaradağ rayonunda

25 iyul 2016 | 11:00

2007-ci ildən fəaliyyət göstərən AEGEE-Bakı “Avropa Tələbələr Forumu Bakı” İctimai Birliyi müxtəlif səpkili beynəlxalq layihələr həyata keçirir. Belə layihələrdən biri də “Yay Universiteti” layihəsidir ki, həmin layihənin reallaşdırılması cari ildə 17-28 iyul tarixlərinə təsadüf edir. 
Layihə çərçivəsində Avropa ölkələrindən Azərbaycana gələn tələbələrlə vətənimizin milli adət və ənənələri, tarixi ilə tanış etmək, ölkənin turizm və inkişaf perspektivlərini, ümumilikdə ölkə mədəniyyətini bütün dünyaya çatdırmaq nəzərdə tutulmuşdur.
Niderland, Polşa, Çexiya, Macarıstan, Serbiya, Estoniya, Ukrayna,  Gürcüstandan  gəlmiş tələbə gənclər səyahətlərinin iki gününü, 23-24 iyul tarixlərini, Qaradağ rayonunda keçirtdilər.
Rayon rəhbərliyinin hərtərəfli dəstəyi və köməkliyi sayəsində qonaqlar  xüsusi hazırlanmış proqrama əsasən rayonun görməli yerləri ilə tanış oldular. İlkin olaraq nahar süfrəsi arxasında ümumi tanışlıq oldu və xarici qonaqlar ilk təəssüratlarını bölüşdülər.
Sonra onlar üçün qayıqla dəniz gəzintisi təşkil olundu.
Ertəsi gün Qobustan milli tarixi qoruğuna ekskursiya ilə başladı və Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzindəki görüşlə davam etdirildi. Görüşdə Dövlət Başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasından və bu istiqamətdə aparılan işlərdən qonaqlara məlumat verildi və xüsusi olaraq qeyd olundu ki, multikulturalizmin Azərbaycan modeli dünyanın bütün ölkələri üçün bir nümunə mənbəyidir və şübhə yoxdur ki, qonaqlarımız da bu qısa vaxt ərzində Azərbaycanda olan tolerant dəyərləri hiss edəcəklər. İyul ayının 24-də Sahil qəsəbəsindəki çimərlikdə yerli tələbələrin də iştirakı ilə əyləncəli “colour festivity” (rəngli festival) keçirildi.
İyulun 25-də səhər xarici tələbə qonaqlarımız xoş təəssüratlarla Qaradağ rayonundan Nabran istirahət zonasına yola düşdülər.

Keçidlər