Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirildi

26 iyul 2016 | 11:00

26 iyul 2016-cı il tarixində Heydər Əliyev Mərkəzində “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.
Müşavirədən öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Sonra tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov açdı və qeyd etdi ki, dünyanın bir çox yerində dini və irqi zəmində münaqişələrin baş verməsinə baxmayaraq Azərbaycanda tolerant mühit daha da möhkəmləndirilir, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri birgə yaşayır. Ölkəmizdə milli mənəvi dəyərlərin qorunub saxlanılması, müxtəlif dinlərə aid abidələrin bərpası və yenidən qurulması ilə bağlı mühüm layihələr icra olunur.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini  Səyavuş Heydərov dini radikalizmə qarşı maarifçilik tədbirlərin gücləndirilməsinin əhəmiyyətini vurğuladı. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov,  Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev diqqətə çatdırdılar ki, radikal dini qrupların və qeyri ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, dini maarifçilik işinin gücləndirilməsi, milli mənəvi dəyərlərin, eləcə də tolerantlıq mühitinin qorunub saxlanılması da təkcə dövlət, hüquq mühafizə orqanları deyil, o cümlədən hər bir vətəndaş öz mövqeyini bildirməlidir. Digər çıxış edənlər də Azərbaycanın tolerantlıq modelinin əhəmiyyətindən danışdılar.
Tədbirdə xalqımızın tolerantlıq keyfiyyətlərinə həsr olunan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdimatında “Fitnə” sənədli filminə tamaşa etdilər.

Keçidlər