Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda multikulturalizm dövlət siyasətidir”

13 oktyabr 2016 | 11:00

13 oktyabr 2016-cı il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə “Azərbaycanda multikulturalizm dövlət siyasətidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Elman Nəsirov və Aydın Hüseynov  iştirak edirdilər.
İlk öncə tədbirə gələn qonaqlar ümummilli lider ümummilli lider Heydər Əliyevin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbir Azərbaycan Respublikasının himni ilə başladı.
Tədbiri giriş nitqi ilə açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı  cənab Süleyman Mikayılov 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdi. Lakin o zaman ölkənin daxilində və xaricində vəziyyətin heç də ürəkaçan olmadığını, ölkənin iqtisadi və siyasi durumu çox acınacaqlı, ərazilərimizin Ermənistan tərəfindən işğal olunaraq, çoxsaylı qaçqın və məcburi köçkünlər ordusunun yarandığını qeyd etdi. Ölkədə mürəkkəb proseslərin cərəyan etdiyini, vətəndaş müharibəsinin baş verdiyini, bunun məntiqi nəticəsi kimi Müstəqilliyimiz böyük sual altında düşdüyünü vurğuladı. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü ilin müstəsna əhəmiyyətə malik olduğunu fikirlərini səsləndirdi. O zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımızın ümummilli lider Heydər Əliyevə üz tutaraq, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək ulu öndəri ölkənin Prezidenti seçdiyini və bununla da xoş, firavan günlərin təməlinin qoyulduğu söylədi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ölkəmizdə müstəqilliyimizin bərpasının multikulturalizm və tolerantlığın bərqərar olmasında da mühüm rol oynadığını, bu sahədə dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırlatdı. Qeyd etdi ki, bu uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycanda yaşayan bütün azsaylı xalqlar, müxtəlif dinlərə mənsub olan vətəndaşlar yumruq kimi birləşərək ölkəmizin inkişafı üçün səylə çalışırlar.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Elman Nəsirov və Aydın Hüseynov xalqımızın tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşduğunu bildirdilər. Qeyd etdilər ki, 1991-ci ilin 18 oktyabr tarixində əzmkarlıq bahasına başa gəlmişdir. Qazanılan bu uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsində olduğuna baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib.
Natiqlər vurğuladılar ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Milli mənəvi dəyərlərimiz sırasında xüsusi yer tutan tolerantlığın qorunub saxlanmasını və zənginləşdirilməsini yüksək qiymətləndirdilər. Bütün bu xeyirxah missiyanın həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığı da qeyd olundu. Bildirildi  ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan bir çox sahələrdə olduğu kimi, tolerantlıq və dini dözümlülük baxımından da nümunə göstərilir.
       Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab   Süleyman Mikayılov yekunlaşdıraraq qonaqlara təşəkkürünü bildirmişdir

Keçidlər