Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

20 oktyabr 2016 | 11:00

       Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı  ilə Qaradağ rayonunun bütün idarə, müəssisə və təşkilatlarında, Qaradağ Rayon Gənclər Evində, mədəniyyət kollektivlərində, ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir.
18 oktyabr 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və Qaradağ Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı  ilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi alayında  “18 oktyabr - Dövlət müstəqilliyi”nin 25-ci ildönümü münasibətilə hərbi alayın şəxsi heyətininüzvlərindən ibarət komandalar arasında “Breyn-rinq” intellektual oyunu keçirildi. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, hərbi alayın zabit və əsgərləri iştirak edirdi.
Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı. Tədbirdə çıxış edən  Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqqında Konstitusiya Aktı”nı qəbul edilməsi tarixindən, müstəqillik elan olunduqdan sonra ölkədə cərəyan edən iqtisadi və siyasi böhranlardan və nəticədə isə dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən danışdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyində yenidən təmsil olunması ilə bütün çətinliklərin, o cümlədən artıq başlanmış vətəndaş müharibəsinin qarşısı alındı. Ulu öndərin xalqının tələbi və istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtdığı gün – “15 iyun Milli qurtuluş günü” faktiki olaraq “Dövlət müsütəqilliyi”nin başlanğıc günü oldu.
Rəsmi hissədən sonra oyuna start verildi. Verilin cavabların ümumi yekun nəticəsinə əsasən qalib kimandalar xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edildilər.

18 oktyabr 2016-cı il tarixində Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına Mədəniyyət sarayında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə mədəniyyət sarayının yaradlıcı kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişdir. Sonda  mədəni-kütləvi tədbirlərdə fəal iştirak etdiyinə görə yaradıçı kollektivlər fəxri fərmanla təltif olunmuşdur.

          18 oktyabr 2016-cı il tarixində Qobustan qəsəbəsindəki A.Rza Qobustanlı adına Mədəniyyət evinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə  " N " saylı hərbi hissədə bayram konserti keçirilmişdir.  Konsertdə Mədəniyyət evinin Aşıqlar kollektivi və  instrumental ansamblın maraqlı konsert proqramı təqdim etmişdir.
         Tədbirdə hərbi hissənin əsgər və zabit heyəti iştirak etmişdir. Konsert proqramı əsgərlər tərəfindən alqışlarla qarşılanmışdır.

           18 oktyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə rayon məktəblilərinin Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilmiş, Qaradağ rayonunun bütün ümumtəhsil və məktəbdənkənar müəssisələrində açıq dərslər və rəngarəng tədbirlər keçirilmiş, “Müstəqilliyimiz qürur mənbəyimizdir” mövzusunda inşa yazı və  “Çiçəklən, doğma Azərbaycan” mövzusunda rəsm müsabiqələri təşkil edilmişdir.

Keçidlər