Şriftin ölçüsü :

Saytın rəngi :

Rus İcmasının rəhbərliyinin təşəbbüsü ilə görüş keçirilmişdir

02 dekabr 2016 | 11:00

2 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı təqvim ilini  “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar Bakı şəhəri Faiq Rəfiyev adına 166 nömrəli və Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəblərdə Qaradağ Rayon İcra Hakimiyyəti  və Azərbaycan Respublikası üzrə Rus İcmasının rəhbərliyinin təşəbbüsü ilə görüş keçirilmişdir.
Görüşlərdə  Azərbaycan Respublikası Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakl Beynəlxalq Multikulturalizm Mərkəzi  Himayəçilik Şurasının üzvü Mixail Yuryeviç Zabelin, Qaradağ RİH-in başçısının  birinci müavini Emil  Abbasov , Milli Qəhrəman Cəmil Niftəliyevin anası Əsməgül xanım Niftəliyeva  və digər rəsmi şəxslər iştirak etmişlər.
Rus icması adından M.Y. Zabelin hər məktəbdə məktəblilərə 10 ədəd masaüstü kompyuter dəsti hədiyyə etmişdir.
Faiq Rəfiyev adına 166 nömrəli və Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəblərin direktorları Məhbubə xanım Məhərrəmova və Gülər xanım Bəbirova məktəb rəhbərliyi adından icma rəhbərliyinə və Qaradağ RİH-nə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.
Qaradağ rayonu üzrə Rus İcmasının rəhbəri, məktəbin tarix müəllimi Natalya Paromanova da tədbirdə çıxış edərək İcma adından öz razılığını ifadə etdi.
Nümayəndə heyəti və digər iştirakçılar məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaları seyr etdilər.
Tədbirlər anşlaq şəraitində keçirildi.

Keçidlər