Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünya azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsində şəxsi heyətlə görüş

28 dekabr 2016 | 11:00

28 dekabr 2016-cı il tarixdə Gənclər və İdman Nazirliyi ilə birgə Səngəçal qəsəbəsində yerləşən “N” saylı h/hissədə şəxsi heyətlə “Dünya azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə görüş keçirildi.
Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı.
Tədbirin təşkilatçıları “Dünya azərbaycanlılarının həmrəyliyi günü”nün tarixi məqsədləri və əhəmiyyətindən danışaraq gənc zabit və əsgərləri həmin gün münasibətilə təbrik etdilər.
Tədbirin ikinci hissəsində gənc ifaçılardan ibarət ansambl konset proqramı ilə çıxış etdi.
Sonda hərbi xidmətdə fərqlənmiş gənc zabit və əsgərlər  xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edildi və əsgərıərin asudə vaxtının daha da səmərəli keçirilməsi üçün hərbi hissəyə idman malları hədiyyə edildi.

Keçidlər