Şriftin ölçüsü :

Saytın rəngi :

Narkotik vasitələrin, psiхotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mövzusunda təlim-məşğələ keçirildi.

02 mart 2017 | 11:00

02 mart 2017-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü bəndinin icrası ilə əlaqədar rayon ərazisində yerləşən təhsil müəssisələrinin əməkdaşlarının iştirakı ilə  təlim-məşğələ keçirildi.
  Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə” Dövlət Komissiyasının İşçi qrupunun məsul işçiləri Raqif Allahverdiyev və Şahin İsmayılov, Səhiyyə Nazirliyinin həkim-narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əskərzadə, Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı mübarizə Baş İdarəsinin əməkdaşı Tanrıverdi Aydınov edirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldığını diqqətə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirmiş, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
  Daha sonra çıxış edən digər natiqlər narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə vurduğu fəsadlardan söz açdılar. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olduğunu bildirdilər. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamasının zəruriliyi diqqətə çatdırıldı. Qeyd olundu ki, narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsi ilə təbliğ edilməsininvə bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər. 
  Təlimin sonunda iştirakçılara mövzuya uyğun əyani vəsait paylandı.

Keçidlər