Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart – Bədən tərbiyəsi və idman günü”dür

04 mart 2017 | 11:00

04 mart 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon idmançıları və gəncləri ilə “5 mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, İcra Hakimiyyətinin əməkdaşı Firudin Hüseynov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E. Abbacov iştirak edirdi.
Tədbirdən əvvəl iştirakçılar tərəfindən rayon idmançılarının nailiyyətlərinin əks etdirən sərgiyə baxış oldu.
Dəyirmi masanı giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 mart 2005-ci il tarixli 654 saylı  sərəncamına əsasən 5 mart tarixi ölkəmizdə Bədən Təbiyəsi və İdman günü kimi qeyd olunur.
İdmançıları və idmansevərləri bayram günü münasibətilə təbrik edən Qaradağ rayonu İcra Hakimiyyətinin rəsmisi M.Bayramov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idman siyasətinin bu gün milli idmanımızın hamisi, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Qeyd olundu ki, irimiqyaslı beynəlxalq idman təddirlərinin ölkəmizdə keçirilməsi, o cümlədən, ilk Avropa Oyunlarının Azərbycandan start götürməsi, cari ilin may ayında keçiriləcək IV İslam Həmrəyliyi Oyunları aparılan uğurlu idman siyasətinin məntiqi nəticəsidir.
Idmançılar adından çıxış edən Avropa və Dünya çempionu Sədi Namazov rayon idmançılarına göstərilən diqqət və qayğıya, rayonda güclü idmançıların yetişdirilməsi üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlıq etdi.
Tədbirin sonunda Dünya, qitə və beynəlxalq yarışların qalibləri fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər