Şriftin ölçüsü :

Saytın rəngi :

Velosiped idman növü üzrə Respublika çempionatının rayon mərhələsi keçirildi

13 mart 2017 | 11:00

13 mart 2017-ci il tarixdə Veloparkda Olimpiya hərəkatı çərçivəsində rayon məktəblərinin şagirdləri arasında velosiped idman növü üzrə Respublika çempionatının rayon mərhələsi keçirildi.
Çempionatın əsasnaməsinə uyğun olaraq yarışda hər məktəbdən 4 şagird (3 oğlan, 1 qız) iştirak edirdi.
Yarışın ümumi yekun nəticələrinə əsasən I yerə 253 № li məktəb, II yerə 273 № li məktəb,  III yerə 222 № li məktəb layiq görüldü.
Qaliblər yarışların təşkilat komitəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
Növbəti mərhələdə rayonumuzu təmsil edəcək Sahil qəsəbəsində yerləşən 253 № li məktəbə uğurlar arzu edirik.

Keçidlər