Şriftin ölçüsü :

Saytın rəngi :

Olimpiya hərəkatı çərçivəsində badminton idman növü üzrə Respublika birinciliyinin rayon mərhələsi keçirildi

17 mart 2017 | 11:00

17 mart 2017-ci il tarixdə 273 № məktəbdə Olimpiya hərəkatı çərçivəsində rayon məktəblərinin şagirdləri arasında badminton idman növü üzrə Respublika birinciliyinin rayon mərhələsi keçirildi.
Çempionatın əsasnaməsinə uyğun olaraq yarışda hər məktəb 4 şagird (2 oğlan, 2 qız) ilə təmsil olunurdu.
Yarışın ümumi yekun nəticələrinə əsasən I yerə 273 № li məktəb, II yerə 180 № li məktəb,  III yerə 223 № li məktəb layiq görüldü.
Qaliblər yarışların təşkilat komitəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Növbəti mərhələdə rayonumuzu 273 № li məktəbə təmsil edəcəkdir.

Keçidlər