Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmə qarşı İslam həmrəyliyinin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

28 mart 2017 | 11:00

Martın 28-də  Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qaradağ rayonu Qızıldaş qəsəbə məscidi dini icması tərəfindən “Dini radikalizmə qarşı İslam həmrəyliyinin əhəmiyyəti” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Qaradağ rayonu Qızıldaş qəsəbəsində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Samir Yoldaşov, Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Ağsaqqallar şurasının sədri Sərdar Hacıyev, dini icmanın üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev multikultural və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından söhbət açıb.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev dini radikalizm və ekstremizmin fəsadlarından, onunla mübarizə metodlarından bəhs edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov Azərbaycanın İslam aləmində böyük nüfuza malik olduğunu, Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli, zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib.
Daha sonra Ağsaqqallar şurasının sədri Sərdar Hacıyev, dini icmanın üzvləri, dindarlar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Keçidlər