Şriftin ölçüsü :

Saytın rəngi :

Olimpiya hərəkatı çərçivəsində atletika idman növü üzrə Respublika birinciliyinin rayon mərhələsi keçirildi.

03 aprel 2017 | 11:00

03 aprel 2017-ci il tarixdə Lökbatan qəsəbəsindəki 139 № li məktəbin idman meydançasında Olimpiya proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğ etmək məqsədilə rayon məktəblərinin şagirdləri arasında atletika idman növü üzrə rayon mərhələsi keçirildi.
Yarışda 24 komanda  iştirak edirdi. Yarışın ümumi yekun nəticələrinə əsasən 319 № li məktəb I yerə, 166 № li məktəb II yerə,  253 № li məktəb III yerə layiq görüldü.
Qaliblər yarışların təşkilat komitəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər