Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə, Harada, Nə zaman” intellektual oyunu hərbi qulluqçular arasında

05 aprel 2017 | 11:00

05 aprel 2017-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin zabit və əsgərlərindən ibarət komandalar arasında “Nə, Harada, Nə zaman” intellektual oyunu keçirildi.
  Tədbirin açılış mərasimində çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov keçirilən intellektual oyunun Qaradağ rayon İcra Hakimiyyətinin müvafiq tədbirlər planının tərkib hissəsi olduğunu qeyd edərək, hərbi-vətənpərvərlik sahəsinin rayon rəhbərliyinin daim diqqət mərkəzində saxladığını söylədi.  Bundan əlavə E.Abbasov hərbi-vətənpərvərlik ruhlu tədbirlərin, o cümlədən “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin hərbi-hissənin ərazisində yüksək səviyyədə keçirilməsinə yaratdıqları şəraitə görə hərbi-hissənin komandanlığına minnətdərlıq etdi.
Hərbi hissə komandirinin siyasi işlər üzrə  müavini Azərbaycanın dövlətçilik və hərb tarixindən, görkəmli hərbi xadimlərdən, sərkərdələrdən danışaraq dövlət müstəqilliyinin qorunmasında, onun inkişaf edərək dünya sivilizasiyasına inteqrasiya etməsində və eyni zamanda gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordunun rolunun əhəmiyyətini qeyd etdi.   Çıxışda qeyd olundu ki, indi artıq Azərbaycan Respublikası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü ordusuna malikdir. Güclü ordu isə dövlət müstəqilliyinin qarantıdır.
  Açılış mərasimindən sonra “Nə, Harada, Nə zaman” intellektual oyununa start verildi.
Böyük maraqla keçən oyunun ümumi yekun nəticələrinə əsasən I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırıldılar.

Keçidlər