Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilmişdir

12 aprel 2017 | 11:00

Aprelin 12-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Qaradağ rayonunda yerləşən 106 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, məktəbin direktoru Təranə Qasımova, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, Qaradağ rayonunda yerləşən digər məktəblərin birlik rəhbərləri, psixoloqları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
       Tədbirdə geniş məruzə ilə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev İslam Həmrəyliyinin dini radikalizm və ekstremizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb etdiyini dinləyicilərin diqqətinə çatdırdı. Radikalizmin böyük mənəvi və ictimai fəsadlarının olduğunu deyən natiq maarifləndirmənin gənclər arasında müsbət nəticələr veridiyini bildirdi.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov dini radikalizmlə hüquqi-inzibati müstəvidə mübarizə haqqında geniş məlumat verdi.
Tədbirin sonunda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırıldı.

Keçidlər