Şriftin ölçüsü :

Saytın rəngi :

“Coca-cola məktəbli kuboku”

19 aprel 2017 | 11:00

AFFA-nın təşkilatçılığı ilə 7-ci siniflər arasında keçirilən “Coca-cola məktəbli kuboku”  uğrunda futbol üzrə Respublika çempionatının rayon mərhələsi başa çatdı. 19 aprel 2017-ci il tarixdə Qaradağ Təlim-idman bazasında Qaradağ rayon birinciliyinin final mərhələsi keçirildi.
Yekun görüşdə 4 komanda; 106 № li, 288 № li,  228 № li və 319 № li məkrəblərin komandaları iştirak etdi.
III yer uğrunda oyun  288 № li və 228 № li məktəblər arasında oldu. Daha yaxşı oyun nümayiş etdirən 288 № li məktəb III yerə sahib oldu. I yer üğrunda görüş isə daha gərgin mübarizə şəraitində keçdi.
Oyun vaxtı ərzində qaliblər müəyyən olunmadığından qapılara 11 metrlik cərimə zərbələri vuruldu. Zərbələri daha dəqiq yerinə yetirən 106 № li məktəbin şagirdləri rayon qalibi adını qazandılar.
Növbəti mərhələdə rayonumuzu təmsil edəcək 106 № li məktəbin fiziki tərbiyə müəllimi R. Vəliyevə və onun yetirmələrinə uğurlar diləyirik.

Keçidlər