Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan-Gürcüstan dostluq festivalı”

23 aprel 2017 | 11:00

23 aprel 2017-ci il tarixdə Ə.Əmirov adına Mədəniyyət Sarayında “Azərbaycan-Gürcüstan dostluq festivalı” çərçıvəsində konsert verildi.
Konsert iştirakçılarını və Gürcüstandan gəlmiş qonaqları salamlayan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov keçirilən festivalın iki qonşu dövlət arasında olan tarixi dostluğun və mehribançılığın bariz nümunəsi olduğunu deyərək tədbirin ərsəyə gəlməsində əməyi olan şəxslərə minnətdarlıq etdi. Qeyd edildi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan və Gürcüstan dövlətləri arasında olan çoxşaxəlıi əməkdaşlıq bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyət sahəsindəki münasibətlər isə  bu əməkdaşlığı daha da möhkəmləndirir.
Tədbirin ikinci hissəsi konsert proqramı ilə davam etdirildi. Konsertdə Azərbaycanın “Odlar yurdu”, “Günəş”, “İlona”, “İdeal” rəqs qrupları və  “Gürcüstan İncəsənət və Folklor Assosiasiyası” iştirak etdi. Yerli və gürcü rəqqaslarının ifasında əsasən milli rəqslər ifa olundu.
Tədbirin sonunda rəqs qrupları, o cümlədən gürcü rəqs qrupu diplomlarla təltif edildi.

Keçidlər