Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman üzrə oyunu Qaradağ rayon birinciliyi

19 aprel 2017 | 11:00

19 aprel 2017-ci il tarixdə rayon ərazisində yerləşən N saylı hərbi hissənin ərazisində  gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman  oyunu üzrə rayonun məktəb komandaları  arasında Qaradağ rayon birinciliyi keçirildi.
Tədbirdə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi İ.Əlimirzəyev, rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov iştirak edirdi.
Parad qəbul edildikdən sonra şagirdlərin ayrı-ayrı mərhələlər üzrə hərbi hazırlığı hərbi hissənin zabitləri tərəfindən qiymətləndirildi. Sıra hazırlığı, darağa patron doldurulması, avtomatın sökülməsi və yenidən yığılması, mülki müdafiə hazırlığı, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, sanitarların yarışı və digər mərhələlərdə komandaların göstərdikləri nəticələrə görə I yerə 228 № li məktəb, II yerə 195 № li məktəb,  III yerə 294 № li məktəb layiq görüldü. 
Qaliblər müvafiq dərəcəli diplomlar, medallar və kuboklarla mükafatlandırıldılar.

Keçidlər