Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə geniş yığıncaq keçirildi

06 may 2017 | 11:00

06 may 2017-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 94 illik yubileyinə həsr olunmuş yığıncaq keçirildi.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər.
Tədbirdən əvvəl Ulu Öndərin həyat yolu haqqında film nümayiş etdirildi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirdi ki, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb.
Başçı dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunması fikrini səsləndirdi. Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktual olduğunu, Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran Ulu Öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını da təmin etmişdir. Ümummilli Liderimizin inkişaf strategiyasını inamla davam etdirən İlham Əliyev cənabları Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olmuşdur.
YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin üzvü Aydın Hüseynov Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdi. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Artıq ölkəmiz dünyada sayılıb-seçilən, hörmət edilən dövlətlərindən biridir. Hər il möhtəşəm, əlamətdar tədbirlərin, konfransların, mötəbər yarışların keçirildiyi məkana çevrilib. Bütün bunların özəyini isə Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıdır. Onun yürütdüyü müstəqil siyasət nəticəsində tolerantlıq, sabitlik nümunəsinə çevrilən Azərbaycan daha da çiçəklənməkdədir.
“Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən danışdı. Bildirib ki, Azərbaycanın bugünkü inkişafı məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir.
Digər natiqlər də öz çıxışlarında Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdilər. Onun 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olmuşdur. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib.
Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrildiyi fikirlərini səsləndirdilər.

Keçidlər